Şuşaya uzanan yollarda..

0
367

Xocalıdan Şuşaya uzanan yolun yolçuları 44 günlük Zəfər müharıbəsində göylərin
zirvəsindən bizə boylanansizə
Şəhidlərimizdir!!
Əziz oxucularım, mən bu gün sizə Vətən Müharibəsində şəhid olmuş Ağdamın Yusifcanlı kəndindən baş leytenant Hikmət Səfərov haqqında qısaca söhbət açmaq istərdim
Bildiyimiz kimi 1992-2020 ci illər ərzində Agdam rayonu altı mindən çox şəhid vermişdir …
Dünənimin qəhrəmanlıq simvolu
Bu gün qeyrət salnaməsi
Sabahımlzın əbədi örnək təmsilçiləri..
Zəfər tariximizi keçmişimizdən qanlarıyla yazan qəhrəmanlardır Şəhidlərimiz!!!!Onların arasında ondan çox Milli Qəhrəman,çoxlu sayda qazilər də vardır..
Vətənin müdafiəsinə çıxan hər bir agdamlı heç nəyi düşünmədən qanları ilə torpagı qarışdırıb Vətəni yagılardan azad etdilər! Şübhəsiz istər l Qarabag, istərsə də 44 günlük Zəfərn müharibəsində düşmənin hər bir təxribatının, hər bir hücumunun layiqli cavabını verə bildilər ….
Qeyd etdiyimiz kimi,1992–1994 -cü illərdəki müharibə dövründə ordumuzda yetərincə hərbi texnikanın, silah sursatın olmaması ,rusun dəstəyi ilə tam silahlanmış düşmən ordusu fəallıq göstərirdi.
Lakin bacarıqlı komandirlərin səyi və şəxsi əmlaklarını sataraq əvəzində ordusunu silah və sursatla təmin edir, batalyon və dəstələrə yeni gələn könüllüləri də təlimlərə cəlb edirdilər.
44 günlük müharibə göstərdi ki,Ali Baş Komandanımızın rəhbərliyi ilə müasir texnika və silahlarla müzəffər ordumuzun təmin olunması müharibəni qısa müddətdə zəfərlə başa çatdırdı..
Vətənin igid ogulları torpaqlarımızın azad edilməsi yolunda canlarını qurban verərək Şəhidlik zirvəsinə ucaldılar…Onlar Ali Baş Komandanın əmrini həyəcanla gözləyirdilər..Və minlərlə gənc həmin döyüşlərə qatıldılar.Bu döyüşlərdə Ağdamın da cəsur ogullarından əlliyə yaxın şəhidi, xeyli sayda qazisi oldu..Belə ki, vətənpərvər ogullardan biri də Yusifcanlıdan olan baş leytenant Hikmət Səfərov idi..Hikmətin vətəni sevən,mərd ,cəsur bir döyüşçü kimi böyüməsində uzun müddət məktəb direktoru işləmiş atası İldırımın rolu əvəzolunmazdır.Bəli,onun öz tərbiyəsi ilə yetişdirdiyi ləyaqətli övlad öz şəhadəti ilə bunu sübut etdi!!!
Hikmət İldırım oglu Səfərov 1972dAgdamın iyun ayının 11 – də Agdamın Yusifcanlı kəndində ziyalı ailəsində anadan olmuşdu.Orta məktəbi doguldugu kənd məktəbində bitirərək AZİ yə daxil olmuş mühəndis ixtisasına yiyələnmişdi.Müxtəlif yerlərdə müxtəlif işlərdə çalışmışdı.Ailəsində böyüyən 2 oglunu -Azərlə Anarı da vətənpərvərböyümələrinən nail olmuşdu..Hikmət ailəcanlı ata olmaqla valideynlərinin, ailə üzvlərinin də sevimlisi idi.
Onu tanıyanlar onun əliaçıq ,mehriban ,zəhmətkeş bir insan ,gözəl dost oldugunu söyləyirdilər.
Hikmət 2020 ci ilin sentyabrın 21- də 3 günlük hərbi təlimlərdə iştirak etmişdi..
Mənfur düşmənin daim qarşl tərəfi hədəfə alaraq vandallıgından əl çəkməməsi məcburiyyətində qalan ordumuza hücum əmri verildi.Beləliklə,”Dəmir Yumruq”44 günlük Zəfər yoluna çıxdı….
2020 ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan gündən Suqovuşan istiqamətində gedən qızgın döyüşlərdə iştirak edən Hikmət agır yaralanır və 52 gün komada qalır …həkimlərin səyi nəticəsiz qalır..
Dekabrın 8-i -Vətən sag olsun “-deyərək şəhid olur..
Dekabrın 9-u II Fəxri xiyabanda dəfn olunur
Xalqımız bütün Şəhidlərin xatirəsini daim əziz tutur..Belə ki,Yusifcanlıda onun “Xatirə bulagı “- nın açılışına Ağdamın İH başçısı Vaqif Həsənov başda olmaqla rayonun məsul işçıləri ,ictimaiyyət nümayəndələri, müəllimlər, Şəhidin ailəsi, qohumları və məktəblilər ,bulagın tikintisində iştirak edənlər Alıbəyliyə toplaşmışdılar..
Dövlət himni çalındı,Ulu öndərin və cəmi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Çıxış edənlər Ali Baş Komandanlmıza və vitse-prezident Mehriban xanıma Şəhid ailələrinə diqqət və qayğıya görə təşəkkür etdilər.. Hikmətin oglu Anarın atasının xatirəsinə bəstələdiyi mahnını böyük qardaşı Azər oxudu.
Şəhidlər ölməz..Vətən bölünməz…
Neyləyim üzümə gülmədi həyat
Cənnətə gəlmişəm yatıram rahat
Ey gözü yaşla dolan dogmalarım
Bir gün görüşərik qalın salamat
Təki Vətən sag olsun.!!!..
Anam mən Şəhid oldum
aglama,
Ata mən şəhid oldum
yasımı saxlama
Yarım, mən şəhid oldum
qara baglama
Təki Vətən sag olsun.!
Bəli ,biz minlərlə şəhidimizdən növbəti biri haqqında qısaca məlumat verərkən bütün şəhidlərimizi anırıq. Təki Vətən sag olsun!!
Anar deyir ki ,atam deyərdi Şüşanın daglarına çıxmaq mümkün deyil.
Amma o daglar millətimiz üçün mümkünsüz olmadı…..
Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.

Nəzakət Kərimova Əhmədova,

yazar-publisist, AJB -nin üzvü,”Yazarlar”jur. əməkdaşı,”Xarıbülbül”ƏM -nin sədri.