BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqlayıb

0
307

Ukraynanın Rusiya tərəfindən işğalı başlayandan bəri 3 752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilir ki, qurbanlardan 250-si uşaqdır.

İdarədən vurğulanıb ki, reallıqda ölənlərin sayı daha çoxdur. Amma şiddətli döyüşlərin getdiyi yerlərdən məlumat gec gəlir, bir çox xəbərlər isə hələ təsdiqlənməlidir.

Xüsusilə Mariupol, İzyum və Popasnayada qurbanların sayı barədə tam məlumat yoxdur.

Bildirilir ki, ölüm və yaralanmaların əksəriyyəti uzaqmənzilli partlayıcı sursatlar, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv yaylım atəşi hücumları, həmçinin raket zərbələri və hava zərbələri səbəbindən olub.