Dünyanın ən böyük “Cücə”sinə ömürlük həbs və 13 milyard cərimə – Video

0
664

Dünyanın ən böyük “Cücə”sinə ömürlük həbs və 13 milyard cərimə

“Sinaloa” narkokartelinin keçmiş başçısı, “El Chapo” (“Cücə) ləqəbli meksikalı narkobaron Xoakin Qusman, vaxtından əvvəl buraxılma hüququ olmadan, 30 il müddətinə azadlıqdan məhrum edilib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.

Nyu-Yorkun Bruklin Federal Məhkəməsində keçirilən proses zamanı hakim Brayan Koqan “El Chapo”dan 12,6 milyard ABŞ dolları alınması barədə də qərar verib. Bildirilir ki, narkobaron məhz bu qədər pulu narkoticarət vasitəsi ilə qazanıb.

Xatırladaq ki, X. Qusman 2001-ci ildə həbsxanadan qaçdıqdan sonra 2014-cü ildə yenidən dəmir barmaqlılar arxasına salınıb. Lakin, bir neçə ay ərzində 14 km-lik tunel qazaraq yenidən qaçmağı bacarıb. Üçüncü dəfə isə 2016-cı il yanvarın 6-da saxlanılıb və 2017-ci il 19 yanvarda ABŞ-a ekstradisiya edilib. Məhkəmə prosesləri 2018-ci il noyabrın 13-də başlayıb. 2019-cu ilin fevralında o, ittiham olunan bütün maddələrlə günahkar bilinib.