Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlanıb

0
239

Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunur. Havanın temperaturu iqlim normasından 2° yüksəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında, bölgələrdə hava şəraitinin sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin aprelin 17-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 15-20° isti, bəzi rayonlarda 20-25° isti, dağlarda isə 8-13° isti olacaq.

Mülayim cənub küləyi aprelin 18-19-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.