Macar idmançı Rafael Ağayevlə ABŞ-da revanş döyüşünə çıxacaq

0
213

Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Kombat”dakı növbəti döyüşünün vaxtı açıqlanıb.

Turnirdə dördüncü mövsümə mayın 14-də start veriləcək.

37 yaşlı Rafael Ağayev isə yeni mövsümdə debütünü iyunun 11-də edəcək. Ağayev Macarıstan təmsilçisi Jolt Habda ilə yenidən qarşılaşacaq. R.Ağayev bu ilin yanvarında Budapeştdə macar azarkeşlərin gözü önündə məğlub etdiyi rəqibi ilə ikinci döyüşünə çıxacaq.

Döyüş ABŞ-ın Orlando şəhərində baş tutacaq. Bu, turnirdə yeni mövsümün sayca 3-cü döyüşü olacaq.

Qeyd edək ki, bu, Rafael Ağayevin bu turnirdə sayca üçüncü döyüşü olacaq.