Rusiya Ukraynada dəmiryolu stansiyasına raket atdı: Çoxlu sayda ölən var – FOTO

0
277

Rusiya Ukraynanın Kramatorsk şəhərindəki qatar stansiyasına iki raket atıb.

Bu barədə Ukraynanın Dövlət Dəmir Yolu Şirkəti məlumat yayıb.

İnsan sıxlığının yaşandığı qatar stansiyasına raket atılması nəticəsində 30-dan çox ölü və yüzlərlə yaralı olduğu bildirilir.

Ukraynanın şərqindəki qatar stansiyası mülki şəxslərin təxliyəsi üçün istifadə olunur.

Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kirilenko “Telegram” hesabında hadisə ilə bağlı fotolar paylaşıb. Onun sözlərinə görə, Rusiya “Toçka-U” raketlərindən istifadə edib.