Ukrayna ordusu Xerson vilayətində üç yaşayış məntəqəsini azad etdi

0
318

Ukrayna ordusu Xerson vilayətində üç kəndi Rusiya qoşunlarından azad edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin hücum fəaliyyətləri nəticəsində Rusiya ordusu Dobryanka, Novovoznesenskoye və Trudolyubovka yaşayış məntəqələrinə nəzarəti itirib. Hazırda Aleksandrovka yaşayış məntəqəsi rayonunda döyüşlər davam edir.