Bakıda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçirilib.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Macarıstan tərəfdən həmsədri isə bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyartodur.
İclasdan sonra Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın brifinqi keçirilir.
Ətraflı videonu təqdim edirik:
Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 33 % azalaraq 2,558 milyon ABŞ dolları təşkil edib. Bunun 16 min dolları Azərbaycanın Macarıstana ixracının, 2,572 milyon dolları isə Azərbaycanın Macarıstandan idxalının dəyəridir.