Deputatlar parklanmaya görə cərimələrin artırılmasını təsdiqlədi

0
276

Milli Məclisin iclasında Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələrin iki dəfə artırılması barədə layihə müzakirəyə çıxarılıb.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cərimə 10 manatdan 20 manata qaldırılır.

Digər dəyişikliklə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimə 10 manatdan 20 manata çatdırılır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.