Azərbaycanlı idmançı Türkiyə klubuna transfer oldu – FOTO

0
288

Şose velosipedi üzrə U-23 yığma komandamızın üzvü Əli Qurbanov Türkiyənin “Sakarya BB Pro Team” klubuna keçib.

Bununla bağlı qardaş ölkə təmsilçisinin sosial media hesabında “Komandaya xoş gəldin, Əli Qurbanov” başlığı altında paylaşım da edilib.

Artıq Əli yeni komandasının heyətində debüt edib. Velosipedçimiz bazar günü Alanya bölgəsində keçirilən 1.2 kateqoriyalı “Grand Prix Megasaray” yarışında mübarizə aparıb və 126 km məsafəni 2 saat, 46 dəqiqə, 4 saniyəyə başa vurub.

Qeyd edək ki, 21 yaşlı idmançımız “Sakarya BB Pro Team” klubunda çıxış edən sayca 2-ci velosipedçimizdir. Elit yığmamızın kapitanı Elçin Əsədov artıq ikinci mövsümdür ki, Türkiyə təmsilçisinin heyətində mübarizə aparır.