Vətən müharibəsi şəhidinin qorelyefi qoyuldu – FOTO

0
278

Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin qorelyefi qoyulub.

Abidə şəhidin Sumqayıt şəhərində yaşadığı evinin qarşısında yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl yaşadığı evin qarşısında şəhidin xatirəsinə həsr olunan ehsan bulağı da istifadəyə verilmişdi.

Xatırladaq ki, Azərbaycan ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində iştirak edib.

O, 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxarıb. Oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində “Tülkü Dərəsi” adlanan ərazidə şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. İlkin Məmmədzadə oktyabrın 8-də Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

İlkin Məmmədzadə prezidentin imzaladığı sərəncamlarla “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Rəşadət“ ordeni ilə təltif olunub.