Mərhum repçi Hüseyn Dəryanın ölümündən üç gün əvvəl yazdırdığı səs yazısı üzə çıxıb.
38 yaşında həyatını faciəvi şəkildə itirən Dəryanın səs yazısı əldə edilib.
Həmin səs yazısı repçinin yaxın dostlarından olan aparıcı və prodüser Sayqa Cahidə təqdim edilib. Daha sonra Dəryanın səsinə qulaq asan aparıcı göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Hüseyn 2014-cü il martın 14-də gecə saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99-EK-575 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilini onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpıb.
Nəticədə ağır yaralanan Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Lakin martın 15-də səhər saatlarında o, dünyasını dəyişib. Repçi Bakıxanov qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib.