Njde qalmaqalı: Rusiyadakı erməni səfirin həyasız cavabı

0
337

28 yanvar tarixində faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun yaranması gününü qeyd etmək istəyən Rusiya Erməniləri İttifaqının əməlinə erməni səfir haqq qazandırmağa çalışıb.

Ermənistanın Rusiyadakı səfirliyi film ətrafında baş verənləri “ehtirasları süni şəkildə alovlandırmaq cəhdi” kimi qiymətləndirib.

Səfirlik qeyd edib ki, onlar mediada yazılanları “diqqətlə izləyirlər” və Ermənistanın azadlığı üçün vuruşan Qaregin Njdenin “xatirəsinin təhqir edilməsi”ndən dərin təəssüf hissi keçirirlər.

Ermənistan səfirliyi tarixi də saxtalaşdırıb və Njdenin 1948-ci ildə 4 maddə ilə ittiham edildiyini, ancaq bu maddələr içərisində “faşizmə xidmət”in olmadığını bildirib.

Qeyd edək ki, sözügedən filmin yayımı isə “Rusiya veteranları” ümumrusiya ictimai birliyinin şikayəti əsasında polisin müdaxiləsi ilə dayandırılmış, ora toplaşanlar dağıdılmışdı. Rusiya veteranları da Njdenin xatirəsini anmağı faşizmə qarşı vuruşan insanlara təhqir kimi qiymətləndirirlər.

Bu barədə Rusiya arxivlərində rəsmi sənədlərin olmasına baxmayaraq, Ermənistanın faşist, günahsız və dinc insanların qatili Qaregin Njdeni qəhrəmanlaşdırmaqdan əl çəkməməsi və səfirin Rusiyaya meydanoxuyurmuşcasına cavabı təəccüb yaradır.