Tağıyevin heykəli niyə yerdən qoyulub? – Müəllifi AÇIQLADI

0
295

Paytaxtın ən gediş-gəlişli yerində azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulması hər kəsi sevindirdi. Lakin heykəlin açılış mərasimindən cəmi bir neçə saat sonra ona zərər vurulması qəzəbə səbəb olub.

Bununla bağlı açıqlama verən heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov görkəmli şəxsiyyətin heykəlinə qarşı edilən bu hərəkəti vandallıq adlandırıb. Əhmədov heykəlin yerdən qoyulmasından da danışıb:

“Bunu edənlər xəstə təfəkkürlüdür. Heç vaxt normal ağlı olan adam heykələ qarşı belə vandallıq etməz. Heykəlin yerdən qoyulması ətrafında bir çox müzakirələr aparıldı. Sonda isə onun belə olmasına qərar verildi. Fikir belə idi ki, kasıb təbəqədən çıxan insan sonra varlanır və xeyriyyəçi olur. O, gəlir Bakı şəhərini gəzir və camaatın əhatəsindədir”.