Əməkdar artist Novruz Qartal dəfn edildi – YENİLƏNİB + FOTO

0
351

Əməkdar artist Novruz Qartal Gəncədə dəfn edilib.

Aktyor keçirilmiş vida mərasiminin ardından İmamzadə Dini Kompleksində torpağa taşırılıb.

11:49

Əməkdar artist Novruz Qartalla vida mərasimi keçirilir.

Uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında vəfat etmiş aktyor Gəncədə, İmamzadə Dini Kompleksində dəfn olunacaq.

Mərhumun dəfn mərasimində yaxınları, sənət yoldaşları, Gəncə ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Novruz Qartal 2021-ci il noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu.