Məşhur avstriyalı biatlonçu Simon Eder karyerasını bitirdiyini açıqlayıb.
Bu barədə “Kronen Zeitung” qəzeti məlumat yayıb.
Norveçin Holmenkollen şəhərində keçirilən sprint yarışı 43 yaşlı avstriyalı idmançı üçün sonuncu olub.
“Uzun müddətdir özümə çox az şans verirdim. Amma karyeramı bitirəcəyim 90 faizə yaxın idi. Son qərarı Osloda verdim. Özümü həddə çatdırdım. Holmenkollen bunu etmək üçün mükəmməl yerdir. Bu qədər səhifəli kitab gec-tez bağlanmalıdır və indi bunun vaxtıdır”, – Eder deyib.
Olimpiya mükafatçısının sevimli idman növündən ayrılmaq planı yoxdur. Eder atasının yolunu davam etdirməyi və məşqçi olmağı planlaşdırır.
“Sistemdə qalmaq istəyirəm, amma tədricən: təhsilimi başa vurub irəliləməklə”.
Eder kişilərin estafet yarışında Olimpiya Oyunlarında iki dəfə (2010, 2014) gümüş medal qazanıb və Dünya Çempionatında beş dəfə (2009, 2016, 2017, 2021) fəxri kürsüyə yüksəlib.




