250 minlik skripkanı qatarda unutdu

Britaniyalı musiqiçi Stiven Morris 250 min funt sterlinq dəyərində olan skripkasını qatarda unudub.

O, bu barədə polisi məlumatlandırıb. Videokameralara baxılsa da, çalğı alətini tapmaq hələlik mümkün olmayıb.

“Skripka 1709-cu ildə Devid Tekçler tərəfindən hazırlanmışdı və mən bu nadir alətin yeganə mühafizəçisi idim. Sanki əllərimi kəsiblər” deyə, musiqiçi təəssüfünü ifadə edib.