Həyatını insanlara xidmətə həsr etmiş İNSAN

0
745

Bəzən gündəlik həyatımızda rastlaşdığımız insanların yanında ötəri keçirik. Onların bəzisi bizim üçün sıradan
biri kimi görünür. Amma yaxından tanıdıqca həqiqətən də bizim həyatımızda belə kiçik də olsa rolu olduğunu
anlayırıq. Bu gün haqqında danışacağımız Faiq Kərimov da bu qəbildəndir.
Haşiyə: Faiq Alməmməd oğlu Kərimov 17 iyul 1954-cü ildə Zəngilan şəhərində anadan olub. 1971-ci ildə orta
məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Pedeqoji İnstitutunun tarix fakültəsinə daxil olub. 1975-ci ildən
etibarən orta məktəbdə gələcəyin kiçik fidanlarının yetişməsində müəllim kimi fəaliyyətə başlayıb. Hərbi xidməti
başa vurduqdan sonra öz sevimli peşəsini davam etdirib.
1981-ci ildə Zəngilan Rayon Partiya Komitəsinin qərarı və Daxli İşlər Nazirinin əmri ilə Faiq müəllim rayon Daxili
İşlər Şöbəsində azyaşlıların işləri üzrə müfəttiş təyin olunub. Artıq hüquq-mühafizə orqanlarında fəaliyyətini
davam etdirən Faiq Kərimov 1986-cı ildən etibarən Qubadlı rayon Daxili İşlər Şöbəsində rəis müavini işləyib.
Ermənilərin Azərbaycana qarşı ərazi iddaları yeni başlayan illərdə (1988-1993) Faiq Kərimov odlu-alovlu
müharibənin iştirakçısı olub. Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına mübarizə aparan Faiq müəllimin
başına ermənilərən tərəfindən pul da qoyulub. Ən qaynar nöqtələrdə əlinə silah alaraq Vətəninin müdafiəsində
olan Faiq Kərimov uğurlu Horadiz əməliyyatının birbaşa iştirakçısı olub.
1993-cü ildən 2010-cu ilə qədər Qubadlı rayon polis şöbəsinin rəisi işləyib. Polis polkovniki rütbəsinə qədər
yüksəlib. Bu illər ərzində minlərlə insanın hüquqlarının qorunmasında Faiq müəllimin əvəzsiz qolu olub.
2010-cu ildə təqaüdə çıxan Faiq Kərimov yenidən canından artıq sevdiyi ölkəsinə, xalqına xidmət etmək üçün
müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ilə qədər Sumqayıt şəhər məhkəməsində hakim köməkçisi, daha sonra
Abşeron rayonu, Qobu qəsəbəsi üzrə inzibati ərazi nümayəndəsi, 2013-2015-ci illərdə Abşeron rayonu İcra
Haimiyyətinin başçısının müavini, 2015-2018-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci
müavini vəzifəsində çalışıb. 2018-ci ildən etibarən Pirallahı rayonu İcra Hakimiyyətinin Neft Daşları üzrə ərazi
nümayəndəsi təyin olunub.
Xidmət etdiyi dövlərədə “Əlaçı polis əməkdaşı”, Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən fəxri fərmanlar,
diplomlar, “Usta məharət dərəcəsi”, “Qüsursuz xidmətə görə döş nişanı”, Azərbaycan Polisinin yaranmasının 90
ilinə görə medal, 2008-ci ildə Azərbaycan Republikasının Prezidneti Cənab İlham Əliyevin sərəncamı ilə “İgidliyə
görə”, 2014-cü ildə isə “Tərəqqi medalı” ilə təltif olunub. Kiçik dövlət müşaviridir. İki övladı var.
Bu gün Faiq Kərimov xalqına olan xidmətini davam etdirmək üçün doğulduğu və uzun illər işlədiyi 125 saylı
Zəngilan-Qubadlı Seçki Dairəsindən Milli Məclisə namizədliyi irəli sürür.
Faiq Kərimov öz elinə-obasına içi boş vədlər vermir. Sadəcə bir vədi var. Bu günə qədər işlədiyi yerlərin
hamısında bacardığı qədər xidmətində durduğu insanlara bundan sonra da xidmət etməyi düşünür.
Millət vəkili olaraq bu gün Zəngilan və Qubadlıdan olan məcburi köçkünlərin onsuz da dərdli olan ürəklərində
məlhəm olmaqdır arzusu. Ən böyük məlhəmin Qarabağın azadlığı olduğunu özünə həyat amalı seçmiş Faiq
müəllim Milli Məclisdə hər bir seçicinin vəkili olacağını, onlardan biri olaraq təmsil edəcəyini vəd edir.
Əslində insanın vədi etdiyi əməllərlə sübut olunur. Bu gün Faiq Kərimovu tanıyanılar onun hansı keyfiyyətlərə
sahib olduğunu bilirlər. Çünki ən azından odlu və qanlı müharibənin içindən çıxmış biri olaraq ağrı-acını dadıb.
Yüzlərlə körpənin, ana bacılarımızın namusu üçün döyüşən biri təbii ki, xalqın oğlu olaraq tanınır. Odur ki,
Zəngilan-Qubadlı əhalisinin yanında ola biləcək, daim dəstəyini əsirgəmiyəcək biri kimi Faiq Kərimov ən layiqli namizəddir.

Rasim Məmmədov,

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-ın I vitse –prezidenti, SİMİB rəhbəri