30 il sonra

0
108

I Qarabağ müharibəsində itkin düşmüş Asim Səfərov 30 ildən sonra dəfn edildi

I Qarabağ Müharibəsində itkin düşmüş Qəbələ rayon Qəmərvan kənd sakini Səfərov Asim Nadir oğlunun nəşi dəfn olunmaq üçün doğulduğu Qəmərvan kəndinə gətirilmişdir. Şəhidlə vida mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Şəhid dəfn edildikdən sonra məzarı üzərinə gül dəstələri qoyularaq ruhuna dualar oxunmuşdur. Asim Səfərovun nəşinin büküldüyü Azərbaycan Respublikasının üç rəngli bayrağı şəhidin ailəsinə təhvil verilmişdir.

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri