Gəncəli opera ifaçısı Altun Süleymanov beynəlxalq festivalda çıxış edib!

0
49

Bakıda opera sənətinin xarici ulduzları ilə klassik musiqi gecəsi keçirilib Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı çərçivəsində Landmark Rotunda Zal səhnəsində xarici opera sənəti ulduzlarının iştirakı ilə “Klassik musiqi gecəsi” konserti keçirilib.

Xarici qonaqlar Vyaçeslav Vasilyev (Rusiya), Ripalta Bufo (İtaliya), Qiorgi Çelidze (Gürcüstan) və Azərbaycanın Xalq Artisti Fidan Hacıyeva, Əməkdar Artist Anton Ferştandt, solistlər Aysel Abdullayeva, Adil Həsənov, Mahir Tağızadə, Orxan Cabbarov, Anar Həmidli, Aysu Əliyeva, Mehriban Kazımova, Alina Litvinova, Fəxmin Əhmədli, və Gəncə şəhərindən olan opera müğənnisi Altun Süleymanovun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilmişdir.