Alzheimer xəstəliyi riskini artıran gen araşdırıldı

0
23

“Nature Medicine” jurnalında dərc edilən araşdırmada Alzheimer xəstəliyi riskini artıran “APOE4” geni araşdırılıb.

10 mindən çox insan və 3 mindən çox beyin biopsiyası nümunəsi ilə aparılan araşdırmada Alzheimerin “yeni genetik forması”nın aşkar edildiyi bildirilib.

Əvvəlki araşdırmalarda sözügedən gen variantının demək olar ki, bütün insanlarda Alzheimer xəstəliyinə səbəb olduğu müəyyən olunub.

Qeyd edək ki, APOE4-ün iki nüsxəsi cəmiyyətin təxminən yüzdə 2-ni təşkil edir. Bu geni daşıyan insanlar üçün xüsusi araşdırma strategiyaları və müalicə yanaşmalarının hazırlanması lazımdır.