Müxalifət prezidentin antikorrupsiya tədbirlərinə mane olur

0
476

Perunun prezidenti Martin Viskarranın buraxdığı parlamentin dövlət başçısı elan etdiyi vitse-prezident Mersedes Araos istefa verib.

M.Araos prezident səlahiyyətlərini icra etməkdən imtina edib.

Bildirilib ki, Peru parlamentində müxalifət çoxluqdadır.

Martin Viskarra 2018-ci ilin mart ayından prezidentdir. O, bu postda deputatları ələ almağa cəhddə ittiham olunduğu üçün Pedro Pablo Kuçinskini əvəzləyib. Martin Viskarra korrupsiyaya qarşı qətiyyətli mübarizə aparacağını vəd edib. Onun 4 sələfi bu cinayətdə ittiham olunub.

Peru prezidentinin antikorrupsiya tədbirlərinin qarşısı müxalifətin üstünlük təşkil etdiyi parlament tərəfindən alınıb. Ali qanunverici orqandakı müxalifətə Perunun keçmiş prezidenti Alberto Fuximorinin qızı Xalqın Qüvvəsi Partiyasının lideri Keyko Fuximori başçılıq edir. Keçmiş prezidentin qızı əvvəllər korrupsiya və hakimiyyət səlahiyyətlərindən sui-istifadə cinayətlərinə görə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, Perunun prezidenti Martin Viskarra 2020-ci il yanvarın 26-na növbədənkənar parlament seçkiləri elan edib.

Qeyd edək ki, o, oktyabrın 1-də parlamenti buraxdığını bildirib. Güc strukturları prezidenti müdafiə etdikləri barədə açıqlama yayıb.