Kim Çen Inın qardaşı ABŞ-a işləyib?

0
682

2017-ci ildə Kuala-Lumpurun hava limanında qətlə yetirilən Kim Çen Nam ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məlumat verəni olub.

The Wall Street Journal” öz mənbələrinə istinadən xəbər verir ki, Şimali Koreya liderinin qardaşı Malayziyada MKİ-nın əlaqələndiricisi ilə görüşməli idi.

Görüşün Lanqkavi adasında baş tutduğu bildirilir.

Ehtimala olunur ki, Kim Çen Nam digər ölkələrin xüsusi xidmət orqanları ilə də əməkdaşlıq edə bilərdi.