Daha bir şəhərdə koronavirusa yoluxma qeydə alındı

0
322

Daha bir şəhərdə koronavirusa yoluxma qeydə alındı

Londonda ilk dəfə yeni növ koronavirus- Covid-19-a yoluxma halı qeydə alınıb.

 

Xəstə artıq paytaxt xəstəxanalarının birinə yerləşdirilib. Bununla da, Britaniyada koronavirusa yoluxanların sayı 9 olub.

Qeyd edək ki, ötən il dekabrın 31-dən Çinin Uhan şəhərindən yayılmağa başlayan virusdan ölənlərin sayı dünyada 1100-ü, yoluxanların sayı isə 42 mini keçib.