Ukrayna prezidenti Vladimir Zelenski Fransanın müdafiə naziri Ketrin Votrin ilə görüşdə yeni tələb irəli sürüb.
Bu barədə “Le Monde” qəzeti yazıb.
Nəşrin Zelenskinin bəyanatına istinadən verdiyi məlumata görə, görüşdə Ukraynanın sabitliyini və müdafiə qabiliyyətini təmin etmək üçün görülməli olan təcili tədbirlər müzakirə olunub. Tərəflər əsasən hava hücumundan müdafiə, hərbi aviasiya və Avropanı gücləndirmək üçün birgə müdafiə səylərini müzakirə ediblər.
Söhbət əsnasında Zelenski, həmçinin Vautrini ölkənin böyük bir hissəsində elektrik kəsintiləri barədə məlumatlandırıb.




