Yaşamaq üçün dünyanın ən ucuz şəhərlərinin siyahısı açıqlandı

0
696

Bakı siyahıda neçənci yerdədir?

Müxtəlif ölkələrdəki qiymətləri toplayan “Numbeo” portalı yaşamaq üçün dünyanın ən bahalı və ucuz şəhərlərinin siyahısını açıqlayıb.

Portalın analitikləri Nyu-York şəhərinin baza göstəriciləri əsasında mənzil kirayəsi, nəqliyyat, xidmətlər, ərzaq xərclərini hesablamaqla, dünya şəhərlərinin reytinq siyahısını çıxarıblar. Nyu-York şəhərinin etalonu əsasında (100%-ə bərabərdir) dünyanın 377 şəhərində yaşayış qiymətlərinin indeksi hesablanıb. Pakistanın Ravalpindi və Karaçi şəhərlərinin indeksi müvafiq olaraq 10,6% və 12,4% təşkil edib – bu o, deməkdir ki, bu şəhərlərdə yaşamağın dəyəri Nyu-Yorkun göstəricilərindən təqribən 90% aşağıdır. Dünyanın ən ucuz şəhərləri siyahısında 3-cü pillədə Hindistanın Thiruvananthapur (indeksi – 12,95%) şəhəri qərarlaşıb. Ən ucuz şəhərlər siyahısının onluğunda həmçinin Pakistanın Lahor və İslamabad şəhərləri də qərarlaşıb, ilk onluqda qalan yerlərdə Hindistan şəhərləri yer alıb.

Bakı şəhəri yaşamaq üçün dünyanın ən ucuz şəhərləri arasında 42-ci yerdə qərarlaşıb. Bakının indeks göstəricisi 30,25% olub. Bu o, deməkdir ki, Nyu-York şəhəri ilə müqayisədə Bakıda yaşamaq təqribən 70% daha ucuzdur.

Dünyanın yaşamaq üçün ən bahalı şəhərlərinin ilk onluğundakı 5 İsveçrə, 4 Norveç və bir ABŞ şəhəri (Nyu-York) yer alıb.