“Vedmak”ın ilk tizeri 4 milyona yaxın baxış sayı topladı – Video

0
547

“Vedmak”ın ilk tizeri 4 milyona yaxın baxış sayı topladı

“Netflix” Ancey Sapkovskinin əsərlərinin motivləri əsasında çəkilmiş “Vedmak” (“Cadugər”) serialının davamının ilk tizerini təqdim edib.

Təqribən 2 dəqiqə sürən videoda serialın əsas personajları, o cümlədən Herald (Henri Kavill), Yennifer (Ani Çalotra) və Siri (Freyya Allan) göstərilib. İyulun 20-nə keçən gecə “Youtube”da yerləşdirilən videoçarx təqribən 4 milyona baxış sayı toplayıb.

Premyeranın dəqiq tarixi hələlik açıqlanmayıb, lakin serialın ilin sonunadək ekranlara çıxacağı gözlənilir.