Vaşinqtonda şok ssenari: FETÖ-yə qarşı sərt mexanizm işə düşür – Türkiyə ilə…

ABŞ prezidenti Donald Trampın dəstəklədiyi və 2025-ci il seçkilərində hakimiyyətə qayıdacağı təqdirdə tətbiq olunması vədi verdiyi “Project 2025” çərçivəsində ABŞ-ın iki əsas istintaq və kəşfiyyat orqanı – Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Federal Təhqiqat Bürosu (FBI) ciddi struktur islahatları ilə üzləşəcək.

Bu barədə ABŞ mediası iddia yayıb.

ABŞ mediasının yaydığı məlumata görə, Trampın “Project 2025” planında FETÖ-nün ABŞ-dakı fəaliyyəti də hədəf alınacaq. Plan çərçivəsində, həm CIA, həm də FBI daxilində bu təşkilatla əlaqəli olduğu iddia edilən şəxslərin müəyyənləşdirilməsi və qurumlardan uzaqlaşdırılması nəzərdə tutulur. Bundan əlavə, FETÖ ilə əlaqəli şəxslərin maliyyə əməliyyatlarının izlənməsi və araşdırılması üçün ABŞ-ın Daxili Gəlir Xidməti (IRS) də prosesə cəlb ediləcək.

Təhlükəsizlik qurumlarında “siyasi kadr təmizliyi”

Trampın planına əsasən, FBI-da “siyasi yönümlü kadrların” çıxarılması və əvəzində müstəqil və daha “vətənpərvər” şəxslərin yerləşdirilməsi planlaşdırılır. CIA-nin xarici əməliyyat imkanları isə məhdudlaşdırılacaq və daxili nəzarət mexanizmləri gücləndiriləcək.

ABŞ-dakı FETÖ strukturu üç yerə bölünüb

ABŞ mediasının yaydığı təhlillərə əsasən, Fətullah Gülənin ölümündən sonra FETÖ daxilində də parçalanma başlayıb. Təşkilatın ABŞ-da fəaliyyət göstərən qolu üç əsas qrupa bölünüb:

Bekir Baz qrupu – maliyyə və biznes sahəsinə nəzarət edir.

Avropa mərkəzli lobbi qrupu – media və siyasi təsir vasitələrini əlində saxlayır.

Türkiyə yönümlü “gizli imamlar” – Türkiyə daxilində ideoloji və dini nəzarəti davam etdirirlər.

Bu parçalanma təşkilatın qlobal miqyasda, xüsusilə Afrika və Balkanlarda nüfuzunun zəifləməsinə səbəb olub.

Vergi İdarəsi vasitəsilə təzyiq və yoxlamalar

Trampın “Project 2025” planında IRS-in (Daxili Gəlir Xidməti) FETÖ ilə əlaqəli təşkilatlara qarşı “vergi araşdırmaları və pul yuma əməliyyatları” vasitəsilə təzyiq vasitəsi kimi istifadəsi nəzərdə tutulur. Bu, təşkilatın maliyyə dayaqlarını zəiflətmək məqsədi daşıyır.

ABŞ-Türkiyə əməkdaşlığı gözlənilir

Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əvvəlki münasibətləri də nəzərə alınaraq, analitiklər bildirirlər ki, bu planın həyata keçirilməsi ilə ABŞ-Türkiyə arasında FETÖ-yə qarşı əməkdaşlığın yeni mərhələyə keçməsi mümkündür.

2019-cu ildə Tramp Ərdoğan haqqında “çətin, amma ölkəsini sevən bir liderdir” ifadəsini işlətmiş və Ankara ilə münasibətlərə fərqli yanaşması ilə seçilmişdi.

“Washington Examiner”in fikrincə, Ankara ilə Vaşinqton arasında yeni “terrorla mübarizə sazişi” gündəmdə ola bilər. Türkiyə yeni sübutlarını Tramp administrasiyasına təqdim edərək Gülən hərəkatına qarşı birgə əməliyyatlara yol aça bilər.

FETÖ-nün ABŞ-da gələcəyi…

İlk dəfə olaraq həm Türkiyə, həm də ABŞ siyasi iradələrini FETÖ-yə qarşı birləşdirir. Əsas sual budur: Tramp həqiqətən də dərin dövlətlə hesablaşacaqsa, Pensilvaniyadakı qaranlıq kölgəyə də işıq salacaqmı?

ABŞ daxilində FETÖ, ilk növbədə nizamnamə məktəbi sistemi vasitəsilə çox güclü bir maliyyə quruluşu yaradıb. CNN-in 2018-ci il xüsusi hesabatına görə, FETÖ-yə bağlı ən azı 140 məktəb ABŞ federal təhsil fondlarından hər il orta hesabla 700 milyon dollar alır.

Bu məktəblərdə “qanunsuz tenderlər”, “türk müəllimlər vasitəsilə maaşların toplanması” və “green card ticarəti ” iddialarına baxmayaraq, FBI bu strukturlara qarşı heç bir ciddi əməliyyat başlatmayıb.

2016-cı ildən bəzi daxili audit hesabatlarının hazırlandığı aşkar edilsə də, bu sənədlər ictimaiyyətə açıqlanmayıb. “The Wall Street Journal” 2021-ci il hesabatında bu hesabatların “dövlət sirri” kimi təsnif edildiyini bildirib.

Trampın “Project 2025” planı yalnız ABŞ-ın daxili siyasətində deyil, eyni zamanda beynəlxalq münasibətlərdə də ciddi dəyişikliklərə səbəb ola bilər. Bu, eyni zamanda ABŞ daxilində FETÖ ilə əlaqəli qurumların və şəxslərin ilk dəfə açıq şəkildə hədəf alınması demək olacaq.