
Rəhimov Elnur Məmmədkərim oğlu 25 iyul 2000-ci ildə Qəbələ rayon Mıxlıqovaq kəndində dünyaya gəlib. Orta təhsilini 2006-2017-ci illərdə Fəzail Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbində alıb. Tam orta təhsilini bitirdikdən sonra 2018-ci ilin 26 iyulunda hərbi xidmətə yollanıb. 2020-ci ilin yanvar ayında hərbi xidməti başa vurub.
Elnur hələ məktəb vaxtlarından vətənini, torpağını sevdiyi üçün hərbçi kimi işləməyə qərar verdiyindən yenidən hərbiyə qayıtmaq üçün müraciət edib. 2020-ci ilin yay aylarında xidmət kursunu müvəffəqiyyətlə başa vuraraq sentyabr ayında yenidən hərbi xidmətə qayıdaraq Beyləqanda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində MAXE əsgər olaraq xidmətə başlayıb. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində Füzuli, Xocavənd, Ağdərə istiqamətində döyüşlərdə iştirak edən qəhrəman Şəhidimiz Elnur noyabr ayının əvvəlləri Xocavənd rayonunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1 dekabr 2020 ci ildə Qəbələ rayonu Mıxlıqovaq kənd məzarlığında dəfn olunub.
44 gün davam edən və zəfərlə nəticələnən Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullardan biri -Mıxlıqovaq kənd sakini Rəhimov Elnur Məmmədkərim oğlunun şəhadətə qovuşmasının 5- ci ildönümü münasibətilə , şəhid ailələri, qazilər.yazarlarkənd sakiniləri, şəhidin yaxınları şəhidin məzarını ziyarət etmişlər. .Onun məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur .
Şəhidin atası çıxış edərək, bu agır gündə onları yanında olduqları üçün , gələn qonaqlara öz təşəkkürünü bildirmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İB Qəbələ rayon nümayəndəliyin rəhbəri









