Ülkər psixologiya mərkəzi

Bu gün Qəbələ rayon. Mədəniyyət mərkəzində Ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinə həsr olunmuş Jale Mirsaab layihəsi tibb və təhsildə birgə inteqrasiya birinci konfransı keçirildi.
Tədbirdə təhsil işçiləri, psixoloqlar, alimlər idarə müəssisə , təşkilat rəhbərləri, medya nümayəndələri, şəhid ailələri, Qəbələ TV, müəllimlər , ictimaiyyət nümayəndələri , mədəniyyət işçiləri iştirak etmişdir.

Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və
Azərbaycan dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sayğı duruşu ilə yad edildi.
Daha sonra
Ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən video çarx nümayiş olundu.

Daha sonra tədbirdə çıxış edənlər maraqlı , maarifləndirici məlumatlar söyləmişdir.
Tədbirdə 44 günlük Vətən müharibəsinin şəhid Baş leytenant hərbi həkim Aqşin Ənvərlinin anası Dilrubə xanıma söz verildi. O da həkim oğlunun qəhrəmanlığından danışdı.

Eləcə də bu gün 20 Sentyabr Suverenliy günüdür.
Anterror şəhid Mayor Səmədov Xəyyamın atası Mirrazım müəllim də çıxış edərək, oğlu ilə fəxr etdiyini söylədi.

Tədbirin sonunda layihə rəhbəri Jalə xanıma Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin fəxri fərmanı təltif olundu
Tədbir alqışlarla sona çatdı.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri