Ukraynanın yeni baş naziri o oldu

Sergey Koretski Ukraynanın yeni Baş naziri təyin edilib.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, 289 deputat Ali Radada keçirilən səsvermədə onun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, iyul 12-də Ukrayna prezidenti Vladimir Zelenski daxili və xarici siyasət strategiyasını yeniləmək üçün kabinetdə dəyişikliklər edildiyini və Baş nazir Yuliya Svırıdenkonun istefaya göndərildiyini elan edib.