Türkiyənin iki sərnişin təyyarəsi Rusiyada məhdudiyyətlərlə üzləşdi

Türkiyənin Antalya və Bodrum şəhərlərindən uçan Türk Hava Yollarına məxsus təyyarələr Moskvanın Vnukovo yerinə Sankt-Peterburqun Pulkovo hava limanına enib.

Buna səbəb paytaxt hava limanında tətbiq edilən məhdudiyyətlərdir.

Vnukovo hava limanının internet saytından verilən məlumata görə, Türkiyə aviaşirkətinin Antalyadan “TK 3038” və Bodrumdan “TK 3126” nömrəli reyslərinin istiqaməti Pulkovoya dəyişdirilib.

Həmçinin Vnukovoda məhdudiyyətlərə görə daha bir neçə reysin – Sankt-Peterburq, Antalya, Nukus və Dalamandan gəlişi gecikir.

Bundan başqa, Antalya, İstanbul, Bodrum və Dalaman istiqamətlərinə uçuşlar da gecikir.