Türkiyənin Kırıkkale vilayətində sərnişin avtobusu aşıb.
Hadisəyə yağışın sürüşkənləşdirdiyi yolda sürücünün idarəetməni itirməsi olub.
İdarəetmədən çıxan avtobus yol kənarına aşıb. Nəticədə avtobusda olan 42 nəfərdən 40-ı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar ətrafdakı xəstəxanaya çatıdırılıblar.
Hadisə yerinə vilayət rəhbərliyi və digər rəsmi şəxslər də gəliblər. Qəza ilə bağlı araşdırma başladılıb.





