Türkiyə Azərbaycan ilə Ermənistan arasındakı danışıqları diqqətlə izləyir – Ərdoğan

Türkiyə Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə keçirilən sülh danışıqlarını diqqətlə izləyir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı zamanı deyib.

Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, Ərdoğan bildirib ki, Türkiyə Qafqazda sülhün təmin edilməsi üçün səyləri dəstəkləməyə davam edəcək.