Trampın elçisi Zelenski ilə görüşdən imtina etdi – Ankarada nə baş verir?

ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkof Türkiyəyə səfərini təxirə salıb.

Bu barədə “Axios” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Vitkof Ankarada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəkdi. Artıq Türkiyədə səfərdə olan Zelenskinin Trampın xüsusi elçisi ilə bu gün planlaşdırılan görüşü də ləğv olunub.

“The Economist” nəşrinin dünən yaydığı məlumata görə, Vitkofun Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakla görüşü də təxirə salınıb. Baş verənlərin Ukraynadakı korrupsiya qalmaqalı ilə əlaqəli olub-olmadığı məlum deyil.