Tramp-Putin sammiti öncəsi gərginlik: Bu tədbirlər görülür

ABŞ Alyaskanın Ankoric şəhərində avqustun 15-də keçiriləcək Tramp-Putin görüşü öncəsi təhlükəsizlik tədbirləri həyata keçirir. 

Bu çərçivədə görüş günü bölgənin hava məkanı müvəqqəti olaraq uçuşlara bağlanılacaq.

ABŞ aviasiya rəsmiləri bu tədbirin, sammit zamanı təhlükəsizliyin təmin olunması məqsədi daşıdığını bildirib.