Tovuzda şəhid ailəsinə göstərilən qayğı

0
1187

İctimai Nəzarət Koalisiyasının Şəhid Anaları və Ailələri Komitəsinin sədri Gözəl Xasıyeva Tovuz rayonunun İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla ilə görüşmüşdür.

Milli Qəhrəmanımız Samir Xasıyevin anasını yüksək səviyyədə qarşılayan icra başçısı ona doğulduğu Tovuz rayonunun Əyyublu kəndində torpaq sahəsi ayrılması üçün sərəncam vermişdir.

Respublikamızın prezidenti İlham Əliyevin sərəncamlarının həyata keçirilməsi istiqamətində təqdirəlayiq addımlarından biri olan bu qərar Məmməd Məmmədovun rayon hakimiyyətində fəaliyyəti başlamasının bir illiyinə təsadüf edir və onun bir il ərzində həyata keçirdiyi sosial-humanitar tədbirlərdən biridir.

“ictimaixeber.az”