TƏBİB-də yeni təyinat – Departament rəhbəri dəyişdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi Zara Nigar İbrahimovaya həvalə edilib.

O, bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.