“Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində əsas rolu öz üzərinə götürəcək”.
Bunu ABŞ Prezidenti Donald Tramp bir daha bəyan edib.
Amerika liderinin sözlərinə görə, ABŞ Avropadakı tərəfdaşlarına bu məsələdə dəstək verəcək.
Tramp həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar bu təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya öz qoşunlarını göndərməyi planlaşdırmır.




