İranın şimal-qərbində tikilməkdə olan Təbriz neft emalı zavodunun bloklarından birində azot çənində partlayış baş verib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar ətrafı qatı tüstü bürüyüb.
Qəzaya səbəb texniki nasazlıq olub. Partlayış nəticəsində xəsarət alan olmayıb.




