Suriyanın şimalındakı İdlib əyalətində törədilən partlayışlarda iki mülki şəxs həlak olub.
Bu barədə Suriya dövlət televiziyası “Əl-İxbariyyə” məlumat yayıb.
Bildirilib ki, İdlib ətrafında güclü partlayış səsləri eşidilib.
“Partlayışların mənbəyi və mahiyyəti müəyyənləşdirilir. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım qrupları göndərilib”, – məlumatda qeyd olunub.
İdlib Səhiyyə Müdirliyi bəyanat yayıb ki, ilkin məlumatlara görə, 2 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.




