İyulun 12-də Suriya və İsrail rəsmiləri Prezident Əhməd əş-Şaraanın Azərbaycana səfəri çərçivəsində Bakıda görüşüblər.
Bu barədə “Al Arabiya” Dəməşqdəki diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Bakıya səfəri çərçivəsində Suriya və İsrail rəsmiləri arasında görüş baş tutub”, – mənbə bildirib.
Qeyd edək ki, mənbələrinə istinadən AFP də bu barədə məlumat yayıb.




