Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi Vaqif Nəzirov vəfat edib

0
805

Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

 Sumqayıtın simvoluna çevrilmiş “Sülh göyərçini” abidəsinin müəllifi heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V. Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib.

Vaqif Nəzirlinin dəfn mərasimində Sumqayıt şəhər icra başçısının müavinləri, regional mədəniyyət idarəsinin rəisi, Sumqayıt Bələdiyyəsi sədri və İNK rəhbərliyi də iştirak etmişdır.

İctimai Nəzarət Koalisiyasının  rəhbər heyəti və üzvləri Vaqif Nəzirovun vəfatından kədərləndiklərini bildirirlər və  mərhumun yaxınlarına  dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin.