Sumqayıtda dənizdən meyit çıxarıldı

0
317

Sumqayıtda dənizdən kişi meyiti çıxarılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində bir nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batan şəxsin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.