Soyuq müharibədən sonra rekord göstərici: Berlin hərbi xərcləri niyə artırdı?

Bundestaq Almaniyanın 2027-ci il üçün federal büdcəsini təsdiqləyib.

Sənədə əsasən, Ukraynaya dəstək məqsədilə 11,6 milyard avro vəsait ayrılması nəzərdə tutulub.

“Deutschlandfunk” radiostansiyasının yaydığı məlumata görə, dövlətin müdafiə büdcəsi 109,7 milyard avroya qədər artacaq, daha 29,6 milyard avro isə silahlı qüvvələr üçün yaradılmış xüsusi fonddan daxil olacaq. Bütün əlavələr və maddələr üzrə ümumi müdafiə xərcləri təxminən 140 milyard avroya çatacaq ki, bu da Soyuq müharibə başa çatdıqdan bəri rekord göstərici sayılır.

Dövlətin ümumi xərclərinə gəldikdə, bu rəqəm 556 milyard avronu ötəcək. Sənədin lehinə 317, əleyhinə isə 260 deputat səs verib, bitərəf qalan olmayıb. Hakim koalisiyanın nümayəndələri son ana qədər büdcənin ayrı-ayrı müddəaları üzrə razılığa gələ bilmirdilər.

Gözləntilərə görə, 2027-ci ildə ölkənin yeni borclanmalarının həcmi təxminən 210 milyard avroya çatacaq.