Sarvan Eyyubovun şəhadətə qovuşduğu gündən 5 il keçir 

Bu gün Qəbələ rayon Böyük Pirəlli  kənd səhid Eyyubov Sərvan Yusif  oglunun  5- çi il dönümü qeyd olundu.

Tədbirdə kənd sakinləri, din xadimləri, qazilər, şəhid ailələri , müəllimlər , medya nümayəndələri ,yazarlar iştirak etmişlər.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur

Sərvan Eyyubov  evli idi, üçyaşlı bir oglu var.

Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir

Eyyubov Sərvan Yusif oğlu 2 noyabr 1998-ci ildə Qəbələ rayonunun Böyük Pirəlli kəndində anadan olub.

Orta təhsilini Böyük Pirəli kənd orta məktəbində aldıqdan sonra təhsilini Qəbələ Peşə Məktəbində davam etdirib.

2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini çavuş olaraq başa vurub. 29 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinə kəşfiyyatçı olaraq qatılıb. 12 oktyabr 2020-ci ildə Tərtər istiqamətində şəhid olub. Qəbələ rayonu Böyük Pirəli kənd məzarlığında dəfn edilib.
Evli idi. Şəhidimizin şəhadətə ucalmağından 7 ay sonra Tuncay adlı övladı dünyaya gəlib

Allah rəhmət eləsin şəhidim

Təranə Alməmmədova

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəz Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyin rəhbəri