Rusiyanın Çeboksar hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Məhdudiyyətlər uçuş təhlükəsizliyini təmin etmək üçün vacibdir”, – deyə məlumatda qeyd olunub.
Bundan əlavə, Saratov hava limanında da təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub.




