Rusiyadan qorxulu bəyanat: Biz hazırıq

Rusiya ABŞ-ın Yeni START müqaviləsinin (nüvə silahlarının yayılmaması haqqında müqavilə) davam etdirilməsinə cavab vermədiyini bəyan edib.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib.

O, Rusiyanın nüvə silahlarını sınaqdan keçirməyə hazır olduğunu bildirib: “Biz təklif etdik, əlimizi uzatdıq. Əgər onlar bu məsələdə maraqlı olmasalar, onların reaksiyası olmadan hərəkət edəcəyik. ABŞ nüvə sınaqları keçirsə, biz də nüvə sınaqlarına başlayacağıq”.

Kreml də ABŞ-ın nüvə silahı sınaqlarına hazırlaşdığını bəyan edərək, Rusiyanın bu addımı atmağa hazır olduğunu vurğulayıb.