Rusiyanın bir regionunda zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat yayıb.
Maqnitudası 4,2-yə çatan yeraltı təkanlar iyulun 13-ü, bazar ertəsi yerli vaxtla saat 03:55-də qeydə alınıb. Seysmoloqlar bunu episentr ətrafında ziyan vura bilən hiss olunan zəlzələ hesab edirlər.
Hadisənin episentri İturup adasındakı Kurilsk şəhərindən 128 kilometr cənub-şərqdə yerləşib. Ocağı 35 kilometr dərinlikdə olub. Rusiyanın bu regionunda xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.




