Marsel”in hücumçusu Meyson Qrinvud karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirmək qərarına gəlib.
Bu barədə məlumatı insayder Nikolo Şira verib.
24 yaşlı ingilisin transfer qiyməti 45 milyon avrodur. O, 2030-cu ilin yayına qədər dörd illik müqavilə imzalayacaq. Onun maaşı mövsüm başına 8 milyon avro, əlavə 2 milyon avro bonus olacaq.
“Marsel” Qrinvudu 2024-cü ilin yayında 26 milyon avroya “Mançester Yunayted”dən alıb. Qrinvudun müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.
“Transfermarkt” onun dəyərini 55 milyon avro qiymətləndirir. O, “Marsel”də 81 oyun keçirib, 48 qol vurub və 17 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Qrinvud məişət zorakılığı ittihamı ilə də gündəmə gəlmişdi.




